• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

5 illik planın hədəfləri

  • 14 İyul 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Azərbaycanda pambıqçılığın inkişafına dair 2017-2022-ci illər proqramı təsdiqlənib. Prezident İlham Əliyevin iyulun 13-də imzaladığı sərəncamla rəsmiləşən dövlət proqramının məqsədinin pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılması olduğu açıqlanıb.

Pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, pambıqçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, pambıqçılığın infrastruktur təminatının yaxşılaşdırılması, pambıq istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.

Pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması, pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, pambıqçılıq məhsullarının rəqabət qabiliyyətinin artırılması, pambıqçılıq məhsullarının ixracının təşviqi, pambıqçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi, pambıqçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi və pambıqçılıqda kooperasiyanın inkişaf etdirilməsi kimi vəzifələr də qarşıda duran əsas məqsədlər sırasındadır.

Proqramda qabaqcıl idarəetmə təcrübəsinin, intensiv becərmə-suvarma texnologiyalarının tətbiqi hesabına xam pambıq istehsalının artırılması və bu sahədə səmərəliliyin təmin edilməsi, pambıqçılığın müasir texnika ilə təminatının yaxşılaşdırılması, pambıq istehsalında növbəli əkin sisteminin tətbiq edilməsi, rayonlar üzrə pambığın optimal əkin sahəsinin müəyyənləşdirilməsi və ixtisaslaşmanın dərinləşdirilməsi, mövcud pambıq emalı müəssisələrinin fəaliyyətinin bərpası və modernləşdirilməsi nəzərdə tutulub.

Dövlət proqramı üzrə tədbirlərin icrası dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri, yerli və xarici investisiyalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

AZƏRTAC xəbər verir ki, dövlət proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil etməsi gözlənir.

Hansı ölkədə çox yeriyirlər?

  • 13 İyul 2017
  • comments

Nağdsız əməliyyatların dairəsi genişləndi

  • 14 İyul 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda