• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ticarət göstəriciləri açıqlanıb

  • 13 İyul 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İyulun 13-də Dövlət Statistika Komitəsi ticarət sahəsi ilə bağlı hesabatlar açıqlayıb. Novator.az-ın məlumatına görə, bildirilir ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 159 ölkədən məhsul alınıb.

5 ayda xarici ticarət dövriyyəsi 8 milyard 882,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 milyard 65,2 milyon dollar, idxalın dəyəri 2 milyard 816,9 milyon dollar təşkil edib, 3 milyard 248,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,5 faiz artıb, real ifadədə isə 15,8 faiz, o cümlədən ixrac 7,9 faiz, idxal 27,6 faiz azalıb.

Ticarət dövriyyəsinin 38,9 faizi Avropa İttifaqı ölkələri, 13 faizi MDB ölkələri, 48,1 faizi dünyanın digər ölkələrinin payına düşüb.

Yanvar-may aylarında 556,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə 19,8 faiz çoxdur.

Başqa bir hesabata əsasən, 2017-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 16,2 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1 faiz və 2,5 faiz üstələyib.

İlin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 4,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,1 faizi digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 277,8 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 38,4 manat çox olub.

Kənd təsərrüfatında istehsal qiymətləri

  • 13 İyul 2017
  • comments
Afqan Muxtarli

Əfqan Muxtarlının işi: görüntülər görünmür

  • 13 İyul 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda