• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qiyas İbrahimovun atasına cinayət işi qaldırılıb

  • 13 İyul 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Həbsdə olan gənc fəal Qiyas İbrahimovun atası Həsən İbrahimov barəsində cinayət işi başlanıb. Novator.az-ın məlumatına görə, bunu Qiyas İbrahimovun vəkili Elçin Sadıqov Facebook şəbəkəsində açıqlayıb.

Vəkil yazıb ki, cinayət işi Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə başlanıb.

Azadliq.info bildirir ki, iyulun 13-də Həsən İbrahimov Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılaraq cinayət işinin başlanması barədə məlumatlandırılıb.

Cinayət işinin qaldırılmasına Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun şikayətinə baxılarkən hakim Vüqar Məmmədovla Həsən İbrahimov arasında baş vermiş mübahisə səbəb olub.

Qiyas İbrahimov 2016-cı il mayın 10-da həbs olunub. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiəçiləri Qiyas İbrahimovun və onunla birgə tutularaq eyni ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bayram Məmmədovun həbsini siyasi sifariş sayırlar. Onlar bildirirlər ki, 2016-cı il mayın 10-na keçən gecə Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

2017-ci ilin iyun ayının 5-də Bakı Apellyasiya Məhkəməsi Qiyas İbrahimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayəti təmin etməyib, cəza qüvvədə qalıb. Şikayətə baxılarkən hakim Vüqar Məmmədovun Qiyas İbrahimovun sözünü kəsməsi gənc fəalın atasının etirazına səbəb olub. Atası oğlunun haqqının tapdandığını deyib, hakimi qarğıyıb. Hakim məhbus atasının işlətdiyi ifadələri aktlaşdırmağı tapşırıb, sonradan isə Həsən İbrahimovun cəzalandırılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilib.

Cinayət Məcəlləsinin 289-cu maddəsi məhkəməyə hörmətsizlik etmə barədədir. Bu maddənin 2-ci bəndinə (289.2) əsasən, hakimi təhqir etməklə məhkəməyə hörmətsizlik etmə 300 manatdan 500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Naxçıvana idxalın həcmi 30,2 faiz azalıb

  • 13 İyul 2017
  • comments

1,5 milyon dollarlıq yayınma cəhdi aşkara çıxıb

  • 13 İyul 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda