• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Elchin Sadiqov

Qiyas İbrahimovun vəkili araşdırma istəyir

  • 10 İyul 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Həbsdə olan gənc fəal Qiyas İbrahimovla bağlı Baş Prokurorluğa və ombudsmana müraciət edilib. Bunu Novator.az-a Qiyas İbrahimovun vəkili Elçin Sadıqov deyib.

Qiyas İbrahimov 2016-cı il mayın 10-da həbs olunub. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiəçiləri Qiyas İbrahimovun və onunla birgə tutularaq eyni ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bayram Məmmədovun həbsini siyasi sifariş sayırlar. Onlar bildirirlər ki, 2016-cı il mayın 10-na keçən gecə Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

Qiyas İbrahimov hazırda cəzasını 2 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Məhbusun anasının mediaya verdiyi məlumata görə, Qiyas İbrahimov burada müəssisə rəhbərliyinin işgəncələrinə məruz qalıb. Məlumata görə, Qiyas İbrahimovu müəssisədə yoxlamaya mane olmaqda, suallara səmimi cavab verməməkdə günahlandırıb 15 sutkalığa cəza təcridxanasına (karser) salıblar. Anasının bildirdiyinə görə, bundan sonra Qiyas cəzaçəkmə müəssisəsinin rəisinə qarşı kobudluq etməkdə ittiham olunub, döyülüb və qulağından xəsarət alıb.

İyulun 8-də vəkil Elçin Sadıqov sosial şəbəkədə məhbusun yazdığı izahatın surətini yayıb. Həmin izahatda Qiyas İbrahimov 2 saylı Cəzaçəkmə Müəssisəsində karserə salınmasından, hədələnib döyülməsindən bəhs edir.

Penitensiar Xidmət bu xəbərləri təkzib edib. Xidmətdən “Turan”a bildiriblər ki, Qiyas İbrahimovun söylədikləri əsassızdır, heç bir işgəncə yoxdur, o, digər məhbuslarla eyni şəraitdə saxlanır.

İyulun 10-da Novator.az-a danışan vəkil Elçin Sadıqov bildirib ki, Baş Prokurorluğa və ombudsmana ünvanladığı müraciətdə məhbusun başına gətirilənlərlə bağlı ətraflı və obyektiv araşdırma aparılmasını istəyib: “Xahiş etmişik ki, cəzaçəkmə müəssisəsində müsahibə kameralarının Qiyas İbrahimova işgəncə verildiyi vaxt qeydə aldığı görüntülər götürülərək işə əlavə edilsin.

2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi gün Qiyas karserə salınıb, 15 gün burada saxlanıb. Qiyas artıq karserdən çıxıb. Onunla iyulun 8-də görüşdüm. Dedi ki, verilən işgəncənin izləri çəkilsə də, bədənində, başında ağrılar hələ də qalır”.

Hava şəraiti barədə rəsmi bilgi

  • 10 İyul 2017
  • comments

Dövlət Neft Şirkətinin ödənişləri nə qədər çoxalıb...

  • 10 İyul 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda