• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mehman Hüseynovun səhhəti ilə maraqlanan yoxdur

  • 10 İyul 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Məhbus bloqçu Mehman Hüseynov səhhətindəki problemlərdən hələ də əziyyət çəkir. Onun vəkili Şəhla Hümbətova iyulun 10-da Novator.az-a deyib ki, Ombudsman Aparatına müraciət edilsə də, Mehmanın səhhəti ilə maraqlanan olmayıb: “Mehman Hüseynovun ayaqları ağrıyır, damarlarında problem var. İki dəfə ombudsmana müraciət edilmişdi. Müraciətlər onun şəxsiyyət vəsiqəsi ilə təmin olunması və xəstəliyi ilə bağlı idi. Vəsiqə problemi həllini tapdı, Ombudsman Aparatının əməkdaşları 14 saylı Cəzaçəkmə Müəssisəsinə gedib Mehman Hüseynova şəxsiyyət vəsiqəsi təqdim etdilər. Amma xəstəliyi ilə əlaqədar heç bir tədbir görülmür.

Mehman əməliyyat olunmalıdır, bununla bağlı həkim rəyi var. Ombudsman mediaya açıqlamasında demişdi ki, guya Mehman cəzaçəkmə müəssisəsində rejimə riayət etmir, futbol oynayır, ona görə ayaqlarından şikayətlənir. Əslində isə bu ağrılar xəstəliklə əlaqədardır. Mehman Hüseynov buna görə yalnız bircə dəfə, o da Bakı İstintaq Təcridxanasında olanda müayinədən keçib”.

Mehman Hüseynov bu il yanvarın 9-da Bakının Nəsimi rayonunda saxlanıb. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə saxlandığı açıqlanıb. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.

Yanvarın 10-da Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu deyib. Daxili İşlər Nazirliyi bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan edib. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovu məhkəməyə verib.

Martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynovu Musa Musayevin iddiası əsasında 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqçu polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov müxalif bloqçudur. Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə Emin Hüseynova qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.

 

Hamilə qadının içdiyi suyun uşağa nə təsiri var?

  • 10 İyul 2017
  • comments
Azerbaycan ehalisi

23 mindən çox nikah, 6 mindən çox boşanma…

  • 10 İyul 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda