• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanda növbəti prezident seçkisi nə vaxt olacaq?

  • 10 İyul 2017
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

2018-ci ilin oktyabr ayında Azərbaycanda növbəti prezident seçkisi keçirilməlidir. Bəs seçki günü haçana düşür?

Novator.az bildirir ki, Seçki Məcəlləsinə görə, prezidentin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçki gününü Mərkəzi Seçki Komissiyası elan edir.

Sonuncu prezident seçkisi 2013-cü il oktyabrın 9-da keçirilib. Seçkinin qalibi İlham Əliyev oktyabrın 19-da and içərək səlahiyyətlərinin icrasına başlayıb. Konstitusiyanın o zaman qüvvədə olmuş normasına görə, 5 il müddətinə seçilmiş prezidentin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatır.

2018-ci ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü ayın 17-nə düşür. 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Yəni 2018-ci il oktyabrın 17-də seçiləcək prezident 2025-ci ilədək dövlət başçısı olacaq.

17 oktyabr 2018-ci ildə Azərbaycan 9-cu dəfə prezident seçəcək. 1990-cı ildə prezidentlik institutu təsis olunanda ilk prezident – Ayaz Mütəllibov – parlamentdə seçilib.

Azərbaycanda ümumxalq səsverməsi ilə ilk prezident seçkisi isə 1991-ci il sentyabrın 8-də keçirilib. Həmin seçkidə dövlət başçısı Ayaz Mütəllibov qalib gəlib.

Ayaz Mütəllibov istefa verdiyi üçün 1992-ci il iyunun 7-də növbədənkənar prezident seçkisi keçirilib. Bu seçkidən Əbülfəz Elçibəy qalib çıxıb.

1993-cü ildə Əbülfəz Elçibəy istefaya göndərilib. Həmin il oktyabrın 3-də keçirilən növbədənkənar seçkidə Heydər Əliyev dövlət başçısı seçilib.

1998-ci il oktyabrın 11-də keçirilən növbəti seçkidə Heydər Əliyev yenidən prezident olub.

Sonrakı üç seçkidə – 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da İlham Əliyev prezident seçilib.

Seçkiyə bir il qalmış…

Seçkini irəli çəkmək mexanizmi işə düşdü

Seçki vaxtı qabaqlasa… 

“Prezident bu hüququndan istifadə edə bilər” 

Azərbaycanda növbədənkənar prezident seçkisi 

İlham Əliyev ABŞ-ın dövlət katibi ilə görüşüb

  • 10 İyul 2017
  • comments

Gömrükdən daxilolmalar 15,39 faiz artıb

  • 10 İyul 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda