• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Gozel Bayramli

Vəkil: “Gözəl Bayramlının problemləri daha da ciddiləşib”

  • 07 İyul 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Hazırda həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlının səhhətindəki problemlər daha da ciddiləşib. Bunu vəkil Elçin Sadıqov bəyan edib.

Azadliq.info-nun məlumatına görə, vəkil deyib ki, Gözəl Bayramlının səhhətindəki problemləri aradan qaldırmaq üçün heç bir tibbi müdaxilə həyata keçirilmir: “Yalnız ağrıkəsicilər vurulur ki, bu da onun mədəsində ciddi problemlər əmələ gətirir”.

Elçin Sadıqovun sözlərinə görə, Gözəl Bayramlıya ailəsi və vəkili ilə telefon əlaqəsi yaratmağa da imkan verilmir. Gözəl Bayramlı vəkilinə bildirib ki, qanunsuzluq davam etsə, gələn həftədən aclıq aksiyasına başlayacaq.

Gözəl Bayramlı mayın 25-i axşam Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində saxlanıb. Rəsmi məlumata görə, onun üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-da Gözəl Bayramlı Bakıya gətirilib, mayın 27-nə keçən gecə Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Mayın 26-da Gözəl Bayramlının yaşadığı və qeydiyyatda olduğu ünvanlarda axtarış aparılıb. Gözəl Bayramlının Bakının Qaraçuxur qəsəbəsində yaşadığı evdən və Nərimanov rayonunda qeydiyyatda olduğu qohumlarının evindən bəzi sənədlər və əşyalar götürülüb.

Gözəl Bayramlı hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.

AXCP, bir sıra digər müxalifət təmsilçiləri, hüquq müdafiəçiləri Gözəl Bayramlının həbsini siyasi sifariş sayır.

ABŞ “Azadlıq”ın məsələsini Azərbaycan hökuməti ilə...

  • 07 İyul 2017
  • comments
kartof

Kartofun yaxşısını necə seçmək və bişirmək olar?

  • 07 İyul 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

Son materiallar

comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda