• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Bash Prokurorluq

4 iyul təxribatı ilə bağlı cinayət işi açıldı

  • 05 İyul 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İyulun 5-də Baş Prokurorluq rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhə boyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub. Ermənistan Silahlı Qüvvələri iyulun 4-ü saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədib.

Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həmin faktlarla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır”.

dollar

Dollar ayın siftəsini elədi

  • 05 İyul 2017
  • comments
konstitutsiya mehkemesi

Hərbi hissəni özbaşına tərk etmə cinayətinə yeni ş...

  • 05 İyul 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda