• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İbrahim Mehdiyev niyə işdən çıxarılıb?

  • 03 İyul 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Şərh

İyulun 1-də prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Mehdiyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun həmin gün AZƏRTAC-a verdiyi açıqlamadan bəlli olub ki, İbrahim Mehdiyevin işdən çıxarılması Yasamal rayonunun “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsi məsələsi ilə bağlıdır.

Əli Həsənov deyib ki, hələ aprel ayında prezident İlham Əliyev Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi: “Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlətimizin başçısına məruzə olunub. Komissiyanın qənaətinə uyğun olaraq, prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib”.

Əli Həsənov onu da bildirib ki, prezidentin tapşırığına uyğun olaraq, Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb: “Lakin bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib”.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.

İbrahim Mehdiyev 2006-cı ilin sentyabrından Yasamal rayonunun icra başçısı idi.

Plana düşən məscidin sökülməsi narazılıq yaradıb

Prezident Hacı Cavad məscidinin söküntüsünü dayandırdı

 

Əli Əliyev vəfat edib

  • 03 İyul 2017
  • comments

Vəkil Yalçın İmanov yeni plan və təhlükələrdən nar...

  • 03 İyul 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Din
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda