• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşsizlikdən sığorta: qanun ikinci oxunuşdan keçdi

  • 30 İyun 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İyunun 30-da Milli Məclis “İşsizlikdən sığorta haqqında” qanunu ikinci oxunuşda qəbul edib. Novator.az-ın məlumatına görə, ümumi müddəalarda qeyd olunur ki, qanunun məqsədi əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Qanun dövlət orqanının, hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının, ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Siyasi vəzifə tutan şəxslər istisnadır.

İşsizlikdən sığortanın prinsipləri bunlardır: işsizlikdən sığortanın məcburiliyi; işsizlikdən sığortanın subyektlərinin hüquq bərabərliyi; sığorta hadisələrinə səbəb olan halların yaranmaması üçün tədbirlərin görülməsi; işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı; sığorta stajından və işsizliyin davamlılığından asılı olaraq sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması; işsizlikdən sığortanın idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.

Layihəyə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri bu faiz dərəcələri ilə müəyyən edilir: sığortaolunanın ödədiyi sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi; sığortaedənin ödədiyi sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi.

Sığorta haqqını sığortaedən hesablayır. Hər ay üçün hesablanmış sığorta haqqı əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir.

Sığorta ödənişinin bu növləri var: əsas sığorta ödənişi; sığorta ödənişinə əlavə; minimum sığorta ödənişi.

Ödəniş sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə bu faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.

Dövlət büdcəsi yeniləndi

  • 30 İyun 2017
  • comments

“Karyerada ilk addım”: 200 iş yeri təqdim olundu

  • 30 İyun 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda