• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əfqan Muxtarlının işi: Gürcüstanda diqqət artır

  • 29 İyun 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Azərbaycanlı jurnalist Əfqan Muxtarlının həbsi iyunun 28-i Gürcüstan parlamentində müzakirə olunub. “Turan”ın məlumatına görə, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından olan bir qrup deputat azərbaycanlı jurnalistin işi üzrə araşdırmalardan bəhs ediblər. Bəzi deputatlar parlament istintaq komissiyasının yaradılmasına tərəfdar olduqlarını bildiriblər.

Parlamentin regional siyasət və özünüidarəetmə komitəsinin sədri Georgi Liluaşvili jurnalistlərə deyib ki, bu məsələdə kimlərin iştirak etdiyi araşdırılmalıdır: “Bizim heyətdə heç kim xüsusi komissiyanın yaradılmasına qarşı deyil. Aydındır ki, Gürcüstanın xüsusi xidmət orqanları bu işdə iştirak etməyib. Ancaq bu, araşdırılmalıdır”.

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze də deputat istintaq komissiyasının yaradılması təklifinə müsbət yanaşdığını açıqlayıb: “Bu məsələ deputatlar arasında müzakirə edildi. “Gürcü Arzusu” fraksiyasının bir qismi hazırkı mərhələdə rəsmi istintaqın yekunlaşmasını gözləmək lazım olduğunu düşünərək istintaq komissiyası yaradılması təklifinə qarşı çıxır. Ancaq rəsmi istintaq Əfqan Muxtarlının işi ilə bağlı qaneedici nəticəyə gəlməzsə, biz bütün suallara işıq salacaq istintaq komissiyası yaratmaq məcburiyyətində qalacağıq”.

Parlamentin insan haqları komitəsinin sədri Sofio Kiladzenin fikrincə, istintaqın ağlabatan müddətdə davam etməsini gözləmək lazımdır.

Novator.az bildirir ki, Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Ölkənin bir neçə media orqanında çalışıb, son illər Tbilisidə yaşayıb.

Müdafiəçiləri bildirir ki, Əfqan Muxtarlı mayın 29-da Gürcüstanın paytaxtı Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra saxlanıb. Əfqan Muxtarlının üstündən 10 min avro məbləğində nağd pul tapıldığı iddia olunur.

Səbail Rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlını Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.

Gürcüstanın Daxili İşlər Nazirliyi isə Əfqan Muxtarlının işi üzrə qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırma aparır. Bu qurum Əfqan Muxtarlının ailəsini mühafizə altına alıb. Tbilisidə Əfqan Muxtarlının həyat yoldaşı və uşağı yaşayır.

İyunun 27-də yayılan məlumata görə, Gürcüstan prezidenti Georgi Margvelaşvili Əfqan Muxtarlının xanımı Leyla Mustafayevanı və vəkil Arçil Çopikaşvilini qəbul edib. Dövlət başçısı Əfqan Muxtarlının işini diqqətdə saxladığını vurğulayıb, daimi monitorinq aparacağını deyib.

Avro və rublda bahalaşma

  • 29 İyun 2017
  • comments

Rahim Hacıyev Fransadadır

  • 29 İyun 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda