• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əziz Orucovun anası insultdan dönüb

  • 23 İyun 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

“Kanal 13” internet televiziyasının direktoru Əziz Qaraşoğlunun (Orucovun) anası Almaz Həsənova Bakıdakı 2 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. “Turan”ın məlumatına görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilən zaman Almaz Həsənovanın vəziyyəti kəskin pisləşib.

Əziz Orucovun həyat yoldaşı, “Kanal 13”ün redaktoru Lamiyə Orucova “Turan”a bildirib ki, Almaz Həsənovanı iyunun 22-də müstəntiqlər Ramiq Babayev və Orxan Babayev dindirib: “Məni və vəkil Əlibaba Rzayevi prokurorluğa buraxmadılar. Almaz xanım dəfələrlə vəkilin dindirmədə iştirakını tələb etsə də, icazə verilmədi. 3 saat dindirmədən sonra onun təzyiqi və şəkəri qalxdı. Mən təcili tibbi yardım çağırdım, xəstəxanaya çatdırdıq. Həkimlərin müdaxiləsi 66 yaşlı Almaz xanımı ikinci dəfə insult keçirməkdən xilas etdi. Onun səhhəti indi də risk altındadır”.

Açıqlama yayan vəkil Əlibaba Rzayev prokurorluq əməkdaşlarının hərəkətini qanunsuz və qeyri-etik hesab etdiyini vurğulayıb. Vəkilin sözlərinə görə, məhbusun anasına ifadə verməsi üçün çağırılması barədə məlumat verilməyib, oğlunun işi üzrə ifadə verməmək hüququnun olduğu da ona bildirilməyib: “Eyni zamanda Almaz Həsənova hüquqi nümayəndəsinin dindirmədə iştirakını tələb etsə də, prokurorluq işçiləri qanunsuz olaraq buna imkan yaratmayıb”.

Əziz Orucova Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrinə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İyunun 1-də Nəsimi Rayon Məhkəməsində Əziz Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan bir qədər əvvəl – mayın 2-də Əziz Orucov polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası almışdı. Onun barəsində həbs qətimkan tədbiri inzibati həbs müddətinin başa çatmaqda olduğu dövrdə seçilib.

Jurnalistin həbsindən sonra “Kanal 13″ün ofisində və Əziz Orucovun evində axtarış aparılıb, kompüterlər götürülüb.

“Cəhənnəmdən keçmiş mələk”: kitab çıxdı

  • 23 İyun 2017
  • comments

Polşa görüşləri

  • 27 İyun 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Avropa meydanlarında

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda