• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
qubad ibadoglu

Manatı möhkəmləndirən amillər

  • 23 İyun 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

İqtisadçı Qubad İbadoğlu milli valyutanın sabitliyini təmin edən amillərdən yazıb. Novator.az-ın məlumatına görə, ekspert öncə idxalın azalmasına diqqət çəkir: “Bu ilin ilk beş ayında idxalın həcmi 3,33 milyard dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz və ya 514,5 milyon dollar azdır. Beş ayda ölkədən 4,45 milyard dollarlıq məhsul ixrac edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz və ya 1,36 milyard dollar çoxdur.

Beləliklə, yanvar-may aylarını xarici ticarət dövriyyəsi 1,63 milyard dollar müsbət saldo ilə başa vurub. Halbuki ötən ilin eyni dövründə xarici ticarət balansında 242 milyon dollarlıq kəsir vardı.

Eyni zamanda nəzərə almaq lazımdır ki, ötən illə müqayisədə ixracdan əldə edilən valyuta 1,36 milyard dollar artdığı halda idxala xərclənən valyuta 514,5 milyon manat azalıb”.

Ekspert manatı sabit saxlayan digər səbəbləri belə sıralayır: “2017-ci ilin aprel ayında idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,5 faiz, o cümlədən MDB və digər ölkələrdən idxal olunan məhsulların qiymətləri 2,5 faiz artıb. İxrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 2,5 faiz düşüb, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri isə 0,2 faiz yüksəlib. Xüsusilə də MDB ölkələrinə ixrac olunan məhsulların bahalaşması milli valyutanın məzənnəsinin möhkəmlənməsinə müsbət təsir göstərib.

2017-ci ilin aprel ayından nağd əməliyyatlara qoyulan məhdudiyyətlər də dövriyyədə olan və valyutaların alışına yönələn sərbəst vəsait yığımlarının azalmasına təsir göstərib. Bu da son nəticədə nağd valyuta alışına tələbi azaldır.

Bu ildən başlayaraq manatla əmanətlərin faiz dərəcələrinin valyuta ilə müqayisədə 5 dəfəyədək yüksək olması valyuta ilə yerləşdirilən depozitlərin geri çəkilərək manatla yerləşdirilməsinə səbəb olub. Nəticədə xarici valyuta ilə olan əmanətlərin payı 5 faiz azalıb və hazırda bütün əmanətlərin dörddə üçünü təşkil edir. Halbuki əvvəllər bu göstərici beşdə dörd səviyyəsindən də yuxarı idi. 2017-ci il mayın 1-nə əhalinin banklardakı əmanətlərin 76,6 faizi xarici, 23,4 faizi isə milli valyutada qoyulub.

Ötən il inflyasiya səviyyəsinin yüksək olması, xüsusilə də ərzaq mallarının qiymətinin artması əhalinin yığımlarının daha çox hissəsinin istehlaka xərclənməsinə gətirib. Beləliklə, ailələrin bir çoxunun qazancları onların dolanışıqları üçün tələb olunan istehlak səbətinin dəyərini güclə ötdüyü üçün vəsait toplamağa və valyuta almağa sərbəst yığımlar etmək imkanları azalıb.

Rusiya, Türkiyə, Çin, Gürcüstan, Ukrayna və Qazaxıstan kimi yaxın ölkələrdə milli valyutaların məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi Azərbaycan manatının da məzənnəsinin sabitləşməsinə müsbət təsir göstərir.

İşgüzar aktivliyin azalmasına və alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaran buxovlayıcı monetar siyasətin dövlət xərclərinin məhudlaşdırılması ilə müşayiət olunması dövriyyədəki manat kütləsinin azalmasına gətirib çıxarır. Mərkəzi Bankın məlumatına görə, bu ilin ilk beş ayında dövriyyədə olan manatla pul bazası 7,8 milyard təşkil edib, bu da 2017-ci ilin yanvar ayına olan göstəricidən 1,2 milyard manatadək azdır.

Manatı möhkəmləndirən faktorların sayını bir az da artırmaq olar, lakin hazırda başlıca məsələ onların nə dərəcədə dayanıqlı olmasıdır. Bu isə iqtisadiyyatın mövcud durumundan və eyni zamanda islahatların aparılması keyfiyyətindən asılı olacaq”.

İyunun 23-də Mərkəzi Bank ABŞ dollarını 1,7022 manata satır. 2017-ci ildə dollar 1,7707 manatla start götürüb. Ən yuxarı rəsmi qiymət yanvarda 1,9165, fevralda 1,92, martda 1,7563, apreldə 1,7244, mayda 1,7026 manat olub. İyun ayı 1,702 manat kursla başlayıb.

Cəhənnəmdən keçmiş mələk (31)

  • 23 İyun 2017
  • comments

Qazaxların sayı 40%-dən 70%-ə artıb

  • 23 İyun 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda