Dövlət Statistika Komitəsi yazlıq bitkilər əkininin gedişi barədə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, iyunun 1-nə 435,7 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. 2017-ci ilin yanvar-may aylarında ötən ilin ilk beş ayına nisbətən yazlıq bitkilər əkinin 21,2% artdığı vurğulanır.
Dənli bitkilər və dənli paxlalılar (qarğıdalısız) əkini 40,1%, o cümlədən buğda əkini 68,7% artıb, qarğıdalı əkini 0,7% azalıb.
Pambıq əkinində 2,6 dəfə, dən üçün günəbaxan əkinində 69,5%, tütün əkinində 48%, şəkər çuğunduru (emal üçün) əkinində 2 dəfə artım olub.
Hesabata görə, kartof əkinində 3,5%, tərəvəz (toxumluqlarsız və anacsız) əkinində 9,8%, ərzaq üçün bostan bitkiləri əkinində 11,7% azalma qeydə alınıb.
Yemlik kökümeyvəlilər əkini üzrə 92,7%, çoxillik otlar əkini üzrə 31,3% düşmə, birillik otlar əkini üzrə 0,2% artım var.
Digər yazlıq bitkilərin əkinində 3,4 dəfə artım olduğu qeyd edilir.