• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni ticarət statistikası

  • 22 İyun 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Dövlət Statistika Komitəsi ticarət hesabatları yayıb. Novator.az-ın məlumatına görə, qeyd olunur ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən məhsul alınıb.

Dörd ayda xarici ticarət dövriyyəsi 7 milyard 8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 835,8 milyon dollar, idxalın dəyəri 2 milyard 165 milyon dollar təşkil edib, 2 milyard 670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8 faiz artıb, real ifadədə isə 15,2 faiz, o cümlədən ixrac 6,8 faiz, idxal 27,6 faiz azalıb.

Ticarət dövriyyəsinin 39,4 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB ölkələri, 48,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

2017-ci ilin yanvar-aprel aylarında 408,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6 faiz, real ifadədə isə 20,5 faiz çoxdur.

Başqa bir hesabata əsasən, 2017-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9 faiz üstələyərək 12,9 milyard manata bərabər olub.

Ticarət dövriyyəsinin 6,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-may aylarının göstəricilərini real ifadədə 0,8 faiz və 2,9 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Yanvar-may aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 266,2 manat olub və 2016-cı ilin müvafiq dövrünün göstəricisini nominal ifadədə 37,2 manat üstələyib.

Emek Nazirliyi

Peşə hazırlığı, əlavə təhsil kursları və peşəyönüm...

  • 22 İyun 2017
  • comments

Bakıda görüşlər

  • 22 İyun 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda