• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məktəbəqədər təhsil: qanunda nələr var?

  • 22 İyun 2017
  • comments
  • Novator.az
  • Posted in Şərh

“Məktəbəqədər təhsil haqqında” qanun qüvvəyə minib. Qanun məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları yanında yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur.

Novator.az bildirir ki, qanuna görə, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dövlət standartlarına uyğun təşkil edilir.

Məktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.

Ölkədə məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir.

Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin bu növləri müəyyən edilir: körpələr evi; körpələr evi-uşaq bağçası; uşaq bağçası; uşaq evləri; məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri; təhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi; müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi; sanator tipli məktəbəqədər təhsil müəssisəsi; sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri; elmi-tədqiqat müəssisələrinin və ali təhsil müəssisələrinin yanında yaradılan eksperimental məktəbəqədər təhsil müəssisələri; ailə tipli kiçik qrup evi; uşaqlar üçün icma əsaslı təlim qrupları.

Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilər.

Təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir. Lisenziya müddətsiz verilir.

Nikah müayinəsinin 2 ili

  • 22 İyun 2017
  • comments

İlk raundlardakı rəqiblər

  • 22 İyun 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Təhsil

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda