Mərkəzi Bank iyunun 14-də ABŞ dollarının kursunu 1,7022 manatdan 1,7023 manata qaldırıb. Bu, iyunun 7-dən bəri ilk dəyişiklik olub.
Novator.az-ın məlumatına görə, avro 1,9092 manata, gürcü larisi 0,7036 manata, ingilis funt sterlinqi 2,1701 manata, Rusiya rublu 0,0299 manata, türk lirəsi 0,4836 manata satılır (Məzənnələr).
2017-ci ildə dollar 1,7707 manatla start götürüb. Ən yuxarı rəsmi qiymət yanvarda 1,9165, fevralda 1,92, martda 1,7563, apreldə 1,7244, mayda 1,7026 manat olub. İyun ayı 1,702 manat kursla başlayıb.