• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident mərhum naziri yad edib

  • 13 İyun 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

İyunun 13-də prezident İlham Əliyev mərhum energetika naziri Natiq Əliyevin məzarını ziyarət edib.

Natiq Əliyev Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.

Dövlət başçısı Natiq Əliyevin məzarının önünə gül dəstələri qoyub, oğlu Fərhad Əliyevə başsağlığı verib.

Natiq Əliyev iyunun 9-da vəfat edib.

1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olan Natiq Əliyev Azərbaycan Neft və Kimya İnstitutunda dağ mühəndis-geoloqu ixtisası üzrə ali təhsil alıb, Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında oxuyub. 1975-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 2008-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini alıb.

Əmək fəaliyyətinə 1970-ci ildə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” trestində texnik-geoloq kimi başlayan Natiq Əliyev 1974-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi, 1976-1979-cu illərdə Elmlər Akademiyası “Xəzər” elmi mərkəzinin kiçik elmi işçisi və baş elmi işçisi olub. O, 1979-cu ildə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin kompleks dəniz geoloji kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi təyin olunaraq 1984-cü ilədək bu vəzifədə çalışıb, 1984-1991-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft və kimya sənayesi şöbəsində təlimatçı və bölmə müdiri işləyib.

1993-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti təyin edilən Natiq Əliyev 2005-ci ilədək həmin vəzifəni tutub, 2005-2013-cü illərdə Azərbaycan Respublikasının sənaye və energetika naziri, 2013-cü ildən ömrünün sonunadək isə energetika naziri olub.

Bu il ərzaq 18,2 faiz bahalaşıb

  • 13 İyun 2017
  • comments

Naxçıvandakı hərbi təlimdən yeni məlumat

  • 13 İyun 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda