• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalist ailəsi ilə əlaqə yarada bilmir

  • 12 İyun 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

İyunun 12-də vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında jurnalist Əziz Qaraşoğlu (Orucov) ilə görüşüb.

“Azadlıq” radiosunun məlumatına görə, vəkil bildirib ki, təcridxanaya gətirildiyi gündən jurnalistə telefonla zəng etmək, ailəsi ilə görüşmək imkanı verilməyib: “Bunun səbəbini aydınlaşdırmaq üçün təcridxananın rəsmi şəxslərinə müraciət etdim. Şifahi olaraq bildirildi ki, telefon zənglərinə və görüşə qadağa istintaq orqanının qərarı ilə tətbiq olunub. Dedilər ki, Əziz Qaraşoğlunun telefonla zəng etməsi və ailəsi ilə görüşməsinə razılıq almaq üçün istintaq orqanına müraciət etməliyik. Bununla bağlı rəsmi müraciətlər edəcəyik.

Belə qərar varsa, bu, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tələblərinə, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə ziddir. Qərarın surətini əldə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şikayət verəcəyik”.

Məsələ ilə bağlı jurnalistə qarşı cinayət işinin istintaqını aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən hələlik münasibət almaq mümkün olmayıb.

“Kanal 13″ internet televiziyasının direktoru Əziz Qaraşoğluya qarşı Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrinə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İyunun 1-də həmin idarənin təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsində Əziz Qaraşoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan bir qədər əvvəl – mayın 2-də Əziz Qaraşoğlu polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası almışdı. Onun barəsində həbs qətimkan tədbiri inzibati həbs müddətinin başa çatmaqda olduğu dövrdə seçilib.

Jurnalistin həbsindən sonra “Kanal 13″ün ofisində və Əziz Qaraşoğlunun evində axtarış aparılıb, kompüterlər götürülüb.

Valyuta ehtiyatlarının həcmi 7 ildə necə dəyişib?

  • 12 İyun 2017
  • comments

Əlillərə xidmət hesabatı

  • 12 İyun 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda