• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mövsüm Səmədovun həbsxanaya köçürülməsi: proses başladı

  • 09 İyun 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

İyunun 8-i Bakının Qaradağ rayonundakı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Rauf Məmmədovun xidməti otağında Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun məhkəməsi keçirilib. Azadliq.org-un məlumatına görə, Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev Mövsüm Səmədovun müəssisədən üç il müddətinə həbsxana rejiminə keçirilməsi barədə təqdimata baxıb. Təqdimatı rəisi Rauf Məmmədov verib.

Prosesdə Mövsüm Səmədovla vəkili Yalçın İmanov da iştirak edib. Yalçın İmanov hakimə deyib ki, Rauf Məmmədovun təqdimatı və ona əlavə olunmuş sənədlər müdafiə tərəfinə təqdim olunmayıb, cəzaçəkmə müəssisəsi rəisinin hansı səbəbdən Mövsüm Səmədovu həbsxanaya göndərmək istəməsinin səbəbləri onlara aydın deyil. Bundan sonra sənədlər vəkilə təqdim olunub.

Yalçın İmanov məhkəmənin cəzaçəkmə müəssisəsi rəisinin otağında keçirilməsinin yolverilməzliyi haqda vəsatət qaldırıb. Müdafiəçi deyib ki, məhkəməyə təqdimatı rəis verib, prosesin onun otağında keçirilməsi bəri başdan obyektivliyi şübhə altına almağa ciddi əsas verir.

Hakim Rəşad Mustafayev vəsatəti təmin edib. Mövsüm Səmədovun köçürülməsi məsələsinə iyunun 14-də Qaradağ Rayon Məhkəməsinin binasında baxılacaq.

Novator.az bildirir ki, Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

2014-cü ildə Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb.

Mövsüm Səmədov Qobustan həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə 2016-cı il noyabrın 28-də qaytarılıb.

Məzənnələrin yönü fərqlidir

  • 09 İyun 2017
  • comments

Tereza Meyin kürsüsü laxladı

  • 09 İyun 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Din
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda