• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İslamçı məhkumu niyə Qobustana göndərirlər?

  • 09 İyun 2017
  • comments
  • Novator.az
  • Posted in Şərh

Bakının Qaradağ rayonundakı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi ədliyyə polkovniki Rauf Məmmədov Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun üç il müddətinə həbsxana rejiminə keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil Yalçın İmanov Novator.az-a deyib ki, vəsatətə iyunun 14-ü Qaradağ Rayon Məhkəməsində baxılacaq.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

2014-cü ildə Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb.

Mövsüm Səmədov Qobustan həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə 2016-cı il noyabrın 28-də qaytarılıb.

Vəkilin sözlərinə görə, 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Rauf Məmmədov təqdimatında yazır ki, məhkum Mövsüm Səmədovla tərbiyəvi-profilaktiki, izahedici söhbətlər aparılsa da, o, söhbətlərdən və barəsində tətbiq edilən tənbeh tədbirlərindən heç bir müsbət nəticə çıxarmayıb, əksinə, birgəyaşayış qayda və ənənələrinə hörmətlə yanaşmayaraq cəzanın icrası və çəkilməsi qaydalarını mütəmadi, qərəzli şəkildə pozub, hazırda da pozmaqda davam edir: “Rəis təqdimatında yazır ki, müəssisədə yol verdiyi rejim pozuntularına görə Mövsüm Səmədov barəsində 28 dəfə tənbeh tədbirləri görülüb. Bunun 13-ü cərimə otağına salınma, 10-u töhmət, 4-ü xəbərdarlıqdır. Məhkumun sonuncu dəfə 2017-ci ilin mart-may aylarında 2 ay kamera tipli otaqda saxlandığı bildirilir.

Təqdimatda qeyd olunur ki, Mövsüm Səmədov müəssisədə cəza çəkdiyi müddət ərzində radikal şiə yönündə söhbətlər aparıb, ətrafına bu məqsədlə məhkumları toplamağa çalışıb. Məhkumun müəssisə əməkdaşlarını şantaj etməyə, onlara hədə-qorxu gəlməyə, məhkumları əməkdaşlara qarşı itaətsizliyə sövq etməyə meylli məhkum kimi qeydiyyata götürüldüyü vurğulanır.

Təqdimatda bildirilir ki, Mövsüm Səmədov müəssisədə cəza çəkdiyi müddət ərzində mənfi xarakterizə olunmaqla özünün qeyri-qanuni hərəkətləri ilə ümumi məhkum kütləsinin islah olunmasına mənfi təsir göstərir və bu, müəssisədə neqativ halların, xoşagəlməz ağır hadisələrin törədilməsinə səbəb ola bilər”.

Natiq Əliyev vəfat etdi

  • 09 İyun 2017
  • comments

167 QHT layihəsi maliyyələşdirilir

  • 09 İyun 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Din
  • Hüquq

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda