Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ilin ikinci qrant müsabiqəsinin yekunlarını açıqlayıb. Rəsmi açıqlamaya görə, qrant müsabiqəsində iştirak üçün 11 aprel-8 may arası 318 QHT ərizə təqdim edib. Onlardan 292-si müsabiqəyə layihə göndərib.
Şuranın 8 iyun iclasında 167 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.