• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xamneyi: “Bunların da kökü kəsiləcək”

  • 08 İyun 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

GünAzTV-nin məlumatına görə, İranın dini lideri Əli Xamneyi iyunun 7-i axşam bir qrup tələbə ilə görüşərək ölkə parlamentinə və ayətullah Xomeyninin məqbərəsinə silahlı hücumlara münasibət bildirib.

İyunun 7-si saat 10:30 radələrində Tehranda İran parlamentinə və İran İslam Respublikasının qurucusu Xomeyninin məqbərəsinə silahlı hücum olub. İran parlamentinə tapança və avtomatla daxil olan hücumçulardan biri özünü partladıb, 3-ü isə korpuslarından birində mövqe tutaraq 5 saata qədər atışıblar.

Xomeyninin məqbərəsinə silahlı hücum zamanı da bir terrorçunun özünü partlatdığı bildirilir.

İki olayda ümumilikdə 12 nəfərin öldüyü, 42 nəfərin yaralandığı açıqlanıb.

İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

İyunun 7-də tələbələrlə görüşündə Xamneyi İŞİD-in hücumunu “taraqqabazlıq” (taraqqa oyunu və ya fişəngbazlıq) adlandırıb: “Bu taraqqabazlıqlar millətin iradəsinə təsir edə bilməyəcək. Bu kimi olaylar millətin, ölkə rəsmilərinin iradəsinə mənfi təsir edə bilməyəcək və İran xalqı tam gücü ilə yoluna davam edərək irəliyə gedəcək.

Hamı bilməlidir ki, İran İslam Respublikası bu fitnələrin əsas mərkəzi sayılan yerdə (Suriya) dayanıb müqavimət göstərməsəydi, indi bu baxımdan ölkədə çoxlu çətinliyimiz və problemlərimiz olacaqdı. Allah qoysa, bunların da kökü kəsiləcək”.

AZƏRTAC xəbər verir ki, İran prezidenti Həsən Ruhani Tehranda törədilən terror aktları ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib. O, dünya dövlətlərini beynəlxalq terrorizmə qarşı birləşməyə çağırıb: “Terror təkcə İranın deyil, bütün dünyanın problemidir. Qlobal xarakter daşıyan bu problemin tamamilə aradan qaldırılması üçün dünya dövlətləri mütləq birləşməlidir. Heç bir dövlət beynəlxalq terrorizmlə mübarizədə təkbaşına qalib gələ bilməz”.

Azərbaycan prezidenti İlham Əliyev isə Həsən Ruhaniyə məktub yollayıb. Dövlət başçısı yazıb: “Hörmətli cənab prezident, Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi və hiddətləndirdi. Bu qanlı hadisə terrorizmin bütün dünya üçün dəhşətli bir bəlaya çevrildiyini, onun bütün təzahürlərinə qarşı birgə səylərlə və ardıcıl mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”

Qəzada 122 nəfər həlak olub

  • 08 İyun 2017
  • comments

Milli Arxiv İdarəsi bir pəncərə sisteminə keçdi

  • 08 İyun 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Din
  • Hadisə

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda