• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əlillik təyinatında 44 faiz azalma var

  • 07 İyun 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

2016-cı il noyabrın 15-dən əlilliyin təyinatı elektron infrastruktur üzərindən, yalnız səhiyyə müəssisəsinin göndərişi əsasında, ekspert-vətəndaş təması olmadan aparılır. Bu, cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə əlillik təyin olunanların sayını 44 faiz azaldıb. AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev belə deyib.

Nazirlik rəsmisi bildirib ki, aylıq sosial müavinət və əmək pensiyası ödənilənlərin 36 faizi, Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin edilənlərin 71 faizini əlilliyi olan şəxslərdir: “Ölkədə pensiyaların orta aylıq məbləği son on ildə 10,3 dəfədən çox, cari ilin ilk rübündə isə 5,3 faiz, sosial müavinətlərin orta aylıq məbləği 3 dəfə, Azərbaycan prezidentinin müharibə əlilləri və onlara bərabər tutulanlar üçün təyin edilən aylıq təqaüdünün məbləği orta hesabla 2 dəfədən çox artırılıb”.

Şöbə müdiri vurğulayıb ki, ölkədə əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılmasına yönələn mühüm proqramlar da icra olunur: “Belə proqramlardan biri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatıdır. Prezident İlham Əliyevin 2014-cü il iyunun 20-də imzaladığı sərəncamının icrası olaraq bu təbəqələrdən olan 600 ailəyə təmirli yeni mənzil və ya fərdi ev verilib. Ümumilikdə indiyədək nazirliyin xətti ilə 5550 nəfərədək əlil və şəhid ailəsi mənzillə təmin olunub, onlardan 4150 nəfərini əlilliyi olan insanlar, qalan hissəsini isə şəhid ailələri təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5900 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verib”.

Elman Babayev vurğulayıb ki, nazirliyin 15 bərpa-müalicə müəssisəsi 2016-cı ildə 23,3 min nəfəri, cari ilin yanvar-aprel aylarında isə 6,3 min nəfərdən çox əlilliyi olan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib, 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub.

Tehranda terror: 8 nəfər həlak olub, 33 nəfər yara...

  • 07 İyun 2017
  • comments

5 ayda 2,8 milyard manat vergi yığılıb

  • 07 İyun 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda