• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Plastik tullantılar ekologiyanın qəniminə çevrilib

  • 02 İyun 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

BMT plastik tullantıların dünya sularını çirkləndirməsi ilə bağlı hesabat yayıb.

Novator.az-ın məlumatına görə, hesabatda deyilir ki, 1950-ci ildə dünyada 2,5 milyard nəfər yaşayırdı və onlar 1,5 milyon ton plastik məmulat istehsal etmişdi. 2016-cı ildə planetin əhalisi 7 milyardı keçib, plastik məmulatların çəkisi isə 300 milyon tona çatıb. Bu da xüsusilə dəniz, okean bitkiləri və heyvanları üçün olduqca böyük təhlükələr törədir.

BMT 2017-ci ilin fevralında İndoneziyanın Balı adasında keçirilən dünya okeanları üzrə ümumdünya sammitində plastik məmulatlara müharibə elan edib. Həmin vaxtdan “Təmiz dənizlər” (#CleanSeas) kampaniyasına start verilib. Kampaniyada məqsəd hökumətləri plastik məmulatlar istehsalının azaldılması istiqamətində tədbirlər görməyə razı salmaqdır. Kampaniyada həmçinin insanlara öz vərdişlərini dəyişmək aşılanır.

Sammitdən sonra İndoneziya 2025-ci ilədək dəniz tullantılarını 25 faiz azaltmaq barədə öhdəlik götürüb. Uruqvay hökuməti birdəfəlik istifadə üçün nəzərdə tutulan sellofanlara vergi tətbiq etmək niyyətindədir. Keniyada isə plastik qabların tam ləğvinə qərar verilib.

Təşkilatçılar deyirlər ki, “Təmiz dənizlər” kampaniyası müəyyən nəticələr versə də, hələ qarşıda çox iş var. Mütəxəssislər mikroqranulların şəxsi gigiyenada və kosmetik mallarda istifadəsinə, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatların istehsalına qadağa qoyulmasına nail olmaq istəyirlər.

Mikroqranullar – plastikin tərkibindəki kiçik hissəciklərdir. Onlardan gön-dəri aşılanmasında və diş məcunlarının istehsalında istifadə olunur.

BMT hesabatında deyilir ki, balıqlar və quşlar plastik mikro zərrəcikləri qida kimi qəbul edir, nəticədə onlarda müxtəlif xəstəliklər yaranır, zəhərlənmələr baş verir.

Hesabatda bildirilir ki, insanlar ən azı birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məmulatlardan yararlanmağı dayandırmasalar 2050-ci ilədək dünya okeanlarında sellofan paketlərin və plastik qabların sayı balıqların sayından çox olacaq.

Plastik tullantılar iqtisadiyyata da ziyan vurur. Dünya İqtisadi Forumu və Ellen Makartur Fondunun hesabatına görə, ildə 80 milyard dollar dəyərində plastik qablaşdırma materialı zibilliklərə atılır.

Səidə Hüseynova

Şamaxı yolunda vəziyyət necədir?

  • 02 İyun 2017
  • comments

Zavodda kampaniya

  • 02 İyun 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda