• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyanın hökuməti formalaşdı

  • 01 İyun 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistanda yeni hökumətin yaradılması başa çatıb. Prezident Serj Sərkisyanın mayın 31-də imzaladığı sərəncamla Artyom Asatryan yenidən əmək və sosial məsələlər naziri təyin edilib.

Novator.az-ın məlumatına görə, Daşnaksütun Partiyasını təmsil edən elm və təhsil naziri Levon Mkrtçyan, ərazi idarəçiliyi və inkişaf naziri David Lokyan, təbiəti mühafizə naziri Arsvik Minasyan da postlarında saxlanıblar.

Bu nazir postları Daşnaksütun Partiyasına 2016-cı ildə hakim Respublika Partiyası ilə imzalanmış əməkdaşlıq razılaşması əsasında verilib. Ötən ay Respublika Partiyası Daşnaksütunla yeni koalisiya razılaşması imzalayıb.

Aprelin 2-də keçirilmiş parlament seçkisində Respublika Partiyası 105 nəfərlik Milli Məclisə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. Daşnaksütun Partiyası 7 mandat götürüb.

Yeni hökumətin qurulması mayın 18-də Karen Karapetyanın  yenidən baş nazir təyin edilməsi ilə start götürmüşdü.

Vaçe Qabrielyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri, Edvard Nalbandyan xarici işlər naziri, Vigen Sərkisyan müdafiə naziri, Qranuş Akopyan diaspor naziri, Suren Karayan iqtisadi inkişaf və investisiya naziri, Vardan Aramyan maliyyə naziri, Vahan Martirosyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri, Aşot Manukyan enerji infrastrukturu və təbii sərvətlər naziri, İqnati Arakelyan kənd təsərrüfatı naziri, David Tonoyan fövqəladə hallar naziri, Qraçya Rostomyan gənclər və idman naziri, Armen Əmiryan mədəniyyət naziri, Levon Altunyan səhiyyə naziri təyin olunub. Onlar əvvəlki hökumətdə də eyni vəzifələrdə çalışırdılar.

Əvvəlki hökumətdə Hökumət Aparatının rəhbəri-nazir postunu tutmuş David Arutyunyan isə ədliyyə naziri vəzifəsinə keçirilib.

Ay dəyişdi, kurs yox

  • 01 İyun 2017
  • comments

Uşaqların durumu: Azərbaycan 172 ölkə arasında 87-...

  • 01 İyun 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda