• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əfqan Muxtarlı ilə bağlı rəsmi məlumat

  • 01 İyun 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İyunun 1-də Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətləri jurnalist Əfqan Muxtarlı ilə bağlı birgə məlumat yayıb.

Məlumatda deyilir: “1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci ildə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanmışdır.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Əfqan Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülmüşdür.

Həmin faktla bağlı 30 may 2017-ci ildə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanmış və Əfqan Muxtarlı şübhəli şəxs qismində tutulmuşdur.

31 may 2017-ci il tarixdə Əfqan Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Novator.az xatırladır ki, Əfqan Muxtarlı Qarabağ müharibəsi veteranıdır. Ölkənin bir neçə media orqanında çalışıb, son illər Tbilisidə yaşayıb.

Müdafiəçiləri bildirir ki, Əfqan Muxtarlı əslində Gürcüstan paytaxtında tutularaq Bakıya gətirilib.

Çimərliklərdə vəziyyət: Xəzər Kompleks Ekoloji Mon...

  • 01 İyun 2017
  • comments

Gürcü nazir azərbaycanlı jurnalistdən danışıb: “De...

  • 01 İyun 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda