• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Efqan Muxtarli

Əfqan məsələsi: Azərbaycan və Gürcüstanın hüquq mühafizə orqanlarından açıqlamalar

  • 31 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mayın 31-də jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı müxtəlif bəyanat və açıqlamalar səslənib.

Jurnalistin vəkili Elçin Sadıqov mayın 30-da bildirmişdi ki, Əfqan Muxtarlı Gürcüstan paytaxtında tutularaq Bakıya gətirilib. Vəkilin sözlərinə görə, Əfqan Muxtarlını mayın 29-u saat 18 radələrində naməlum şəxslər Tbilisidə saxlayıblar. Onu zorla maşına mindirib gözlərini bağlayıblar: “Əfqan Muxtarlı mənə bildirdi ki, yolda iki dəfə maşını dəyişiblər, Azərbaycan sərhədində isə onun cibinə 10 min avro pul qoyublar”.

Elçin Sadıqovun bildirdiyinə görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti Əfqan Muxtarlıya Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürüb və o, Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə yerləşdirilib.

Mayın 31-də Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Əfqan Muxtarlının Tbilisidən tutularaq gətirilməsi haqda deyilənləri tam təkzib edən açıqlama verib. Eldar Sultanov APA-ya bildirib ki, Əfqan Muxtarlını mayın 29-u saat 22:40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıb. Onun sözlərinə görə, saxlanarkən Əfqan Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib: “Əfqan Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Novator.az-ın məlumatına görə, Gürcüstanın Daxili İşlər Nazirliyində Əfqan Muxtarlının tutulması ilə bağlı cinayət işinə başlanıb. Cinayət işi qanunsuz azadlıqdan məhrumetmə motivi ilə aparılır. Nazirlik bu iş üzrə Azərbaycan tərəfi ilə fəal əlaqədə olduğunu bəyan edir.

Gürcüstanın baş prokuroru İrakli Şotadze isə Tbilisidə jurnalistlərə açıqlamasında bildirib ki, o, Əfqan Muxtarlının ölkəni necə tərk etməsi barədə məlumatsızdır. Baş prokuror Daxili İşlər Nazirliyində bu məsələ ilə bağlı təhqiqatın davam etdiyini vurğulayıb.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin başçısı Vaxtanq Qomelauri ölkəsinin İctimai Televiziyasına müsahibəsində Azərbaycan tərəfinə istinad edərək Əfqan Muxtarlının yaşıl sərhəddə tutulduğunu qeyd edib. O eyni zamanda vurğulayıb ki, hələ araşdırmalar gedir.

Mayın 31-də Gürcüstanın ombudsmanı Uça Nanuaşvili azərbaycanlı jurnalistin həbsi ilə bağlı bəyanat yayıb. “Azadlıq” radiosunun məlumatına görə, ombudsman ölkəsinin hüquq mühafizə qurumlarını Əfqan Muxtarlının Gürcüstandan müəmmalı şəkildə Azərbaycana aparılması ilə bağlı təcili və effektli cavab verməyə çağırıb.

Ombudsman qeyd edib ki, Əfqan Muxtarlı mayın 29-u axşam saatlarında Tbilisidə yoxa çıxıb: “Ailəsinin bildirdiyinə görə, onun jurnalist fəaliyyəti Azərbaycan hökumətinin tənqidinə yönəlib, bu səbəbdən Əfqan Muxtarlı davamlı təqib olunub. Birincisi, bu cinayətin qarşısının alınması üçün bütün vacib addımlar atılmalıdır. Daha sonra bütün əlaqəli şəxsləri ədalət önünə çıxarmaq lazımdır. Gürcüstan dövləti öz torpaqlarında yaşayan hər kəsin haqlarını qorumağa borcludur. Qonşu ölkələrlə münasibətlər Gürcüstan hökumətinin insan haqlarına sayğısına heç cür təsir göstərməməlidir. Gürcüstanda yaşayan bütün insanlar özlərini təhlükəsiz, qanunların aliliyi mühitində hiss etməlidirlər”.

Bəyanatda Gürcüstan dövlətinin Əfqan Muxtarlının yoxa çıxmasına göz yummasına qınaq ifadə olunub.

Mayın 31-i Tbilisidə Əfqan Muxtarlının saxlanmasına etiraz əlaməti olaraq bir qrup hüquq müdafiəçisi və siyasi fəalların iştirakı ilə aksiya da keçirilib. Aksiyada iştirak edənlər “Əfqan Muxtarlıya azadlıq”, “Adam qaçırılmasına son” və digər şüarlar səsləndiriblər.

1974-cü ildə Zaqatala rayonunda doğulmuş Əfqan Muxtarlı Qarabağ müharibəsi veteranıdır. Ölkənin bir neçə media orqanında çalışıb, son illər Tbilisidə yaşayıb.

Büdcə necə icra olunub?

  • 31 May 2017
  • comments

Düşmənə zərbə vurulub

  • 31 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda