• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

12 ildə vergi orqanlarına 1258 nəfər gənc qəbul olunub

  • 31 May 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Vergilər Nazirliyi İnsan Resursları Departamentinin baş direktoru Faiq Şahbazovun müsahibəsini yayıb. Novator.az-ın məlumatına görə, baş direktor bildirir ki, 2005-ci ildən bəri dövlət vergi orqanlarına işə qəbul üzrə keçirilən 12 müsabiqə nəticəsində 1258 nəfər gənc vergi orqanlarında işlə təmin edilib və hazırda vergi orqanlarında xidmət keçən vəzifəli şəxslərin təxminən 47,3%-i yaşı 35-ə qədər olan gənclərdir: “Vergilər Nazirliyi gənc kadrların daha yuxarı vəzifələrə irəli çəkilməsi baxımından da fərqlənir. Hazırda rəhbər vəzifəli şəxslərin 32,2%-nin yaşı 35-dən aşağıdır”.

Faiq Şahbazov qeyd edib ki, 2017-ci ildə nazirlik işə qəbulla bağlı iki müsabiqə keçirib: “Müsabiqələrdə iştirak etmək üçün ümumilikdə 4976 nəfər vətəndaş müraciət edib. Test imtahanı mərhələsində 92 nəfər uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb, həmin mərhələdə isə 83 nəfər müvəffəqiyyət əldə edərək ehtiyat kadrlar siyahısına daxil edilib. Onlardan 58 nəfəri artıq analoji vakant vəzifələrə təyin olunub. Hazırda işə yeni qəbul edilənlər Vergilər Nazirliyinin Tədris Mərkəzində ilkin hazırlıq kursu keçirlər”.

İnsan Resursları Departamentinin baş direktoru bildirib ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq təcrübədən yararlanmaq üçün Avropa İttifaqının dəstək layihəsini həyata keçirir və layihənin icrası müddətində nazirliyin 150 əməkdaşı xarici ekspertlərin cəlb olunduğu 35 işçi seminarda və təlimdə 30 mövzu üzrə ən son təcrübə ilə yaxından tanış olub.

Nazirlik rəsmisi qeyd edib ki, 2013-2020-ci illərdə vergi sisteminin inkişaf strategiyasından irəli gələrək insan kapitalı, onun idarəetmədə səmərəliliyinin artırılması, əməkdaşların tədris və təlim prosesinin təkmilləşdirilməsi strateji məqsədlər kimi müəyyən edilib: “Hazırda Şamaxı rayonunda Vergilər Nazirliyinin ən müasir auditoriyalarla, texniki avadanlıqlarla, dinləyicilərin və təlimçilərin qalması üçün yataqxanalarla təchiz edilmiş tədris mərkəzi fəaliyyət göstərir. 2015-ci ildən əməkdaşlar üçün onlayn rejimdə e-təlimlər təşkil edilir, bu da az xərc və vaxt sərf etməklə təlim proseslərinin intensivləşməsinə imkan verir. 2016-cı il ərzində 2876 nəfər e-təlimlərə cəlb edilib. Cari ilin yanvar-may aylarında isə 1063 nəfər əməkdaş onlayn təlimlərdə iştirak edib. 2016-cı ildən başlayaraq vergi orqanlarının fəaliyyət sahələri üzrə əməkdaşların bilik və bacarıqlarının sertifikatlaşdırılmasına başlanıb”.

Parlament bir nazir postunu azaltdı

  • 31 May 2017
  • comments

İyunun hərarəti

  • 31 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Gənclər
  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda