• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni təlimlər

  • 30 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycanın Müdafiə Nazirliyi hərbi təlimlərlə bağlı məlumatlar yayıb. Mayın 29-na aid rəsmi xəbərə görə, raket və artilleriya birləşmələrinin döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərində artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilir.

Mayın 27-də verilmiş başqa bir xəbərə əsasən, cəbhə bölgəsində yerləşən birlik və hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanır. Çətin iqlim şəraiti, gecə vaxtı və dağlıq-meşəlik ərazidə keçirilən məşqlərdə şəxsi heyət müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi vərdişlərini təkmilləşdirir. Snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi, müəyyən edilmiş koordinatlar üzrə uzaq məsafəyə yürüş və digər təlim tapşırıqlarını yerinə yetirir.

Müdafiə Nazirliyi onu da bildirir ki, Tibb Baş İdarəsinin sanitar epidemioloji nəzarət mərkəzində xüsusi təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd səyyar sanitar-epidemioloji dəstənin fəaliyyət sahəsinin düzgün seçilməsi, xüsusi texnika və avadanlığın yerləşdirilməsi və işin təşkili üzrə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, sanitar epidemioloji və bakterioloji kəşfiyyatın aparılması, səhra şəraitində bakterioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası, ocaqlı deqazasiya, dezaktivasiya və dezinfeksiya işlərinin aparılması olub.

Şərti düşmənin kütləvi qırğın silahı tətbiq etdiyi ərazidə dozimetrik ölçmələrin aparılması, bioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası məqsədilə nümunələrin götürülməsi, çirklənmə ocağının sərhədlərinin təyini, dozimetrik ölçmələrin nəticələrinin qiymətləndirilməsi, bakterioloji və toksiko-radioloji tədqiqlərin aparılması da praktiki yerinə yetirilib.

Ruhaniyə zəng

  • 30 May 2017
  • comments

Moskvada fəlakət hesablaması

  • 30 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda