• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gözəl Bayramlı: 3 aylıq həbs, evində axtarış

  • 27 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Səbail Rayon Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlı haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, mayın 25-i saat 22 radələrində Gözəl Bayramlı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanıb, onun üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Gözəl Bayramlı Bakıya mayın 26-da gətirilib, Səbail Rayon Məhkəməsində proses gec başlayıb və mayın 27-nə keçən gecə 3 aylıq həbs qərarı çıxarılıb.

Azadliq.info xəbər verir ki, mayın 26-da Gözəl Bayramlının yaşadığı və qeydiyyatda olduğu ünvanlarda axtarış aparılıb. Gözəl Bayramlının Bakının Qaraçuxur qəsəbəsində yaşadığı evdən və Nərimanov rayonunda qeydiyyatda olduğu qohumlarının evindən bəzi sənədlər və əşyalar götürülüb.

Gözəl Bayramlı hazırda Bakı İstintaq Təcridxanasında saxlanır.

AXCP, bir sıra digər müxalifət təmsilçiləri, hüquq müdafiəçiləri Gözəl Bayramlının həbsini siyasi sifariş sayır.

“Turan”ın Vaşinqton müxbirinə açıqlama verən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi ölkəsinin Gözəl Bayramlının həbsindən narahat olduğunu deyib: “Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq. Biz dinc siyasi iştirak üçün şəraitin yaradılmasına çağırırıq”.

55 yaşlı Gözəl Bayramlı xalq hərəkatı fəalıdır. AXCP-nin ümumi şöbəsinin müdiri olub. 2010-cu ildən AXCP sədrinin müavini, Ali Məclisin Rəyasət Heyətinin üzvüdür.

“Sabitliyi inzibati yollarla əldə etmək mümkün dey...

  • 27 May 2017
  • comments

Mövlud Mövludun ilk kitabı təqdim olundu

  • 28 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda