• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət komissiyasından xəbərdarlıq

  • 25 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mayın 25-də Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası açıqlama yayıb. Açıqlamada deyilir: “Son günlər kütləvi informasiya vasitələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olan və şəxsiyyəti aydınlaşdırılmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri və dəfn prosesində çəkilmiş fotoşəkillərin yayılması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Nəticədə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzarların açılması istiqamətində bir sıra qeyri-qanuni addımların atılmasına cəhdlər göstərilib.

Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin ekshumasiyasını həyata keçirmək üçün ilk növbədə onlarla bağlı tam və əhatəli məlumatlar toplanmalı, yaxın qohumlarından DNT nümunələri götürülməlidir. Bu proses başa çatdıqdan sonra səlahiyyətli dövlət orqanlarının müvafiq qərarı əsasında məhkəmə-tibb ekspertizası və digər mütəxəssislərdən ibarət heyət müəyyən edilərək məzarda qazıntı işləri aparılmalıdır.

Xüsusi qaydada toplanmış cəsədlərin qalıqları laboratoriyada zəruri prosedurlar keçdikdən sonra meyitdən və itkinin yaxınlarından götürülmüş nümunələr tutuşdurularaq eyniləşdirmə aparılır. Proses müsbət nəticə verdiyi təqdirdə cəsədlər ailələrə təhvil verilir.

Hazırda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə bu sahədə müvafiq tədbirləri davam etdirir. Zəruri prosedurlar başa çatdıqdan sonra müəyyən edilmiş naməlum məzar yerlərində beynəlxalq standartlara uyğun ekshumasiya işləri aparılacaq və tanınmış cəsəd qalıqları itkinlərin ailələrinə təhvil veriləcək.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası hüquq mühafizə və məhkəmə orqanlarının qərarı olmadan naməlum məzar yerlərinin açılmasının və cəsədlərin qalıqlarının digər ərazilərə köçürülməsi hərəkətinin qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olduğunu nəzərə alaraq yerli ərazi inzibati orqanlarının nümayəndələrini və vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə çağırır”.

Diabet xəstələrinin sayı 17 min 575 nəfər artıb

  • 25 May 2017
  • comments

Hava: həyat, yoxsa ölümdür?

  • 25 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda