• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Səmədov yenə qapalı rejimə gedir

  • 24 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Bakıdakı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov bu il martın 21-də rejim qaydalarını pozmaq ittihamı ilə iki aylığa kamera tipli otağa keçirilmişdi. Bu cəza mayın 21-də başa çatıb, ancaq Mövsüm Səmədov indi daha ağır cəza ehtimalı ilə üz-üzədir.

Mayın 23-də cəzaçəkmə müəssisəsində Mövsüm Səmədovla görüşən vəkil Yalçın İmanov məhbusun yenidən həbsxana rejiminə keçirilməsi təhlükəsinin olduğunu öyrənib. Vəkil deyib ki, 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi Qaradağ Rayon Məhkəməsinə belə müraciət edib. Müəssisə rəhbərliyi bu addımı Mövsüm Səmədovun təhlükəsizliyini qorumaq motivi ilə asaslandırıb.  Mövsüm Səmədov vəkilə məhbuslardan özünə qarşı hər hansı təhlükə gözləmədiyini deyib, bunu müəssisə rəhbərliyinin bəhanəsi adlandırıb.

Xəbəri İslaminsesi.org yayıb.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

2014-cü ildə Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb. Mövsüm Səmədov Qobustan həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə 2016-cı il noyabrın 28-də qaytarılıb.

Mövlud Mövludun kitabının təqdimatı olacaq

  • 24 May 2017
  • comments

Balıqçılıq su obyektlərinin siyahısı və yeni qayda...

  • 24 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Din
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda