22 may terroru Böyük Britaniyada 2005-ci ildən bəri ən böyük terror aktıdır. O zaman terror aktında 52 nəfər həlak olmuşdu.
Novator.az bildirir ki, son məlumata görə, İngiltərənin Mançester şəhərində törədilmiş partlayışda 22 nəfər ölüb, 59 nəfər xəstəxanaya yerləşdirilib.
Terror aktı mayın 22-si gecə 11-in yarısında “Mançester-Arena” stadionunda, ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı törədilib.
21 minlik stadionda minlərlə tamaşaçı, o cümlədən çoxlu uşaq və yeniyetmə olub.