• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ərəb-İslam-Amerika sammitində deyilənlər

  • 22 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Prezident İlham Əliyev mayın 20-dən Səudiyyə Ərəbistanında səfərdə olub, mayın 21-də paytaxt Ər-Riyadda Ərəb-İslam-Amerika sammitinə qatılıb. Sammitdə ərəb və islam ölkələri rəhbərləri, həmçinin ABŞ prezidenti Donald Tramp iştirak edib.

“Birlikdə güclüyük” devizi altında keçirilən tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizmlə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud sammitin dünyada terrorizm və ekstremizm hallarının qarşısının alınmasına, dayanıqlı sülhün təmin edilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Kral görüşü Amerika-islam dünyası əlaqələrində də mühüm mərhələ kimi xarakterizə edib.

“İslam sülh və tolerantlıq dinidir” deyən Səudiyyə Ərəbistanının kralı islamın hər zaman terrorizm və ekstremizm hallarına qarşı çıxdığını və ölkəsinin bu cür təhlükəli amillərlə mübarizədə həmişə əməkdaşlığa hazır olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp ekstremizmlə mübarizənin vacibliyini vurğulayıb. O, mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Terrorizm yolunu seçənlərin həyatının boş və qısa olacağını deyən ABŞ prezidenti bildirib ki, hər dəfə bir terrorçu günahsız insanı qətlə yetirərkən Allahın adını çəkəndə inanclı insanları təhqir etmiş olur.

Donald Tramp ABŞ-ın müharibənin deyil, sülhün tərəfdarı olduğunu bildirərək ekstremizmin və terrorizmin bütün təzahürləri ilə mübarizədə hələ çox iş görülməli olduğunu, İŞİD terror qruplaşmasının maliyyələşməsinə son qoymağın vacibliyini diqqətə çatdırıb.

Donald Tramp vurğulayıb ki, günahsız müsəlmanların qətlə yetirilməsinin, qadınların sıxışdırılmasının, yəhudilərin təqibinin və xristianların öldürülməsinin qarşısını almaq üçün səylər birləşdirilməlidir.

ABŞ prezidenti deyib ki, terrorizmə qarşı heç bir tədbir görülməsə, qətllər, əzab və ümidsizlik daha da artacaq. Milyardlarla insanın dünya liderlərindən tədbir görmələrini gözlədiyini deyən Donald Tramp bildirib ki, terrorizmin kökünü yalnız birgə səylərlə və qətiyyətli addımlarla kəsmək mümkündür.

Sammitdə çıxış edən islam ölkələrinin liderləri qlobal xarakter alan terror hücumlarına qarşı birgə mübarizənin vacibliyini vurğulayaraq bu sahədə bütün ölkələrin əməkdaşlığının strateji əhəmiyyət daşıdığını bildiriblər. İslam aləmindəki münaqişə ocaqlarının dünyada təhlükəsizliyi təhdid etdiyini deyən dövlət başçıları sülhün bərqərar olması istiqamətində tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkiblər. Onlar dinlərarası münaqişəyə son qoyulmasının da önəmini vurğulayıblar, bu sahədə bütün müttəfiqlərlə səmərəli əməkdaşlığın tərəfdarı olduqlarını bildirərək cəmiyyətlərdə maariflənmə işlərinin aparılmasının əhəmiyyətinə toxunublar, vəziyyətdən çıxış yolu kimi ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinin tərəfdarı olduqlarını bəyan ediblər.

Ruhani dövrü davam edir

  • 20 May 2017
  • comments

Lider sədrliyə döndü

  • 22 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Din
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda