Tikintidə orta maaş 840 manata çatır

59 0

Bu ilin yanvar-mart aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər olub. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 40,4 min nəfər binaların tikintisində, 24,1 min nəfər mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfər ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 30,2 faizi dövlət, 69,8 faizi qeyri-dövlət tikinti müəssisələrində fəaliyyət göstərib.

Hesabata əsasən, tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 835,4 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 970,8 manat, dövlət sektorunda isə 526,7 manat olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əməkhaqqı binaların tikintisində işləyənlər üzrə 15,7 faiz, mülki təyinatlı inşaat işlərində çalışanlar üzrə 5,9 faiz artıb, ixtisaslaşdırılmış tikinti işlərində çalışanlar üzrə isə 14,4 faiz azalıb.

Tikinti müəssisələrinin 60,1 faizində işçilərin orta aylıq nominal əməkhaqqı 300 manatdan aşağı, 29,6 faizində 301-600 manat, 3,5 faizində 601-900 manat, 6,8 faizində isə 900 manatdan yüksək olub.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id