İş yerində çıxarış Ağsuda oldu

55 0

Əmlak Məsələləri Dövlət Komitəsi mayın 19-u Ağsu rayonunda “Az-Granata” zavodunun kollektivi üçün “Kütləvi çıxarış” kampaniyası keçirib. Rəsmi məlumata görə, mobil ofislər vasitəsilə 50-yə yaxın zavod işçisinə əmlaklarına dair hazır çıxarışlar təqdim edilib.

Komitə bildirir ki, indiyə qədər iş yerlərində təşkil edilən kampaniyalar çərçivəsində 300-ə yaxın vətəndaş öz müəssisəsində çıxarışlar alıb. Bundan əvvəl İmişli, Xaçmaz və paytaxtda yerləşən bir neçə müəssisə, fabrik və zavod işçiləri “Kütləvi çıxarış” kampaniyasından faydalanıb.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id