Cəbhə bölgəsində hesabat və güzəştli kreditlər verilib

64 0

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu mayın 18-i Ağdamın Quzanlı qəsəbəsində işgüzar forum keçirib. Rəsmi məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda rayonun iqtisadi potensialı istiqamətində müzakirələr aparılıb, taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri təqdim olunub.

Fondun icraçı direktorunun müavini Arif Vəliməmmədov 2017-ci ildə 320-yə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinə 31,7 milyon manat güzəştli kredit yönəldiyini, layihələrin reallaşdırılmasının 900-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını vurğulayıb.

Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Arif Vəliməmmədov qeyd edib ki, indiyədək 2000-ə yaxın məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 41 milyon manat kredit ayrılıb.

İşgüzar forumda Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlar 628 min manat güzəştli kredit alıb. Kreditlər əsasən cins heyvandarlıq, arıçılıq, pambıqçılıq sahələrinin inkişafına yönəldiləcək.

Novator.az bildirir ki, hesabata görə, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 36,8 milyon manat güzəştli kredit verilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id