Mərkəzi Bank mayın 19-da ABŞ dollarının kursunu 1,7022 manatdan 1,7023 manata qaldırıb.
Avro və Rusiya rublu isə ucuzlaşıb. Novator.az-ın məlumatına görə, avronun məzənnəsi 1,8971 manatdan 1,8916 manata, rubl 0,0297 manatdan 0,0296 manata düşüb.
2017-ci ilə dollar 1,7707 manatla başlayıb. Yanvarda ən yuxarı rəsmi qiymət 1,9165 manat, fevralda 1,92 manat, martda 1,7563 manat, apreldə 1,7244 manat olub. May ayında kurs 1,7026 manatı ötməyib.