• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Moldovada prezidenti aşırmaq cəhdi

  • 18 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Moldovada prezident İqor Dodonun istefaya göndərilməsi üçün imza toplanmağa başlayıb. Novator.az-ın məlumatına görə, kampaniyanın təşkilatçısı Liberal Partiyadır. Sənədə ilk imzanı da bu partiyanın sədri Mixay Gimpu atıb.

Mixay Gimpu mayın 18-də bəyan edib ki, İqor Dodon ölkənin konstitusiyasını və qanunlarını pozur. Partiya sədri prezidenti separatçı Dnestryanı bölgəsinin liderini seçkidə qələbə münasibətilə təbrik etməkdə, ölkəni federallaşdırmağa çalışmaqda, bu il mayın 9-u Moskvada keçirilən hərbi paradda iştirak etməkdə günahlandırıb.

O, İqor Dodonun ölkəni yenidən Rusiyanın təsiri altına düşməsi təhlükəsi ilə üz-üzə qoyduğunu vurğulayıb, qeyd edib ki, Avropa İttifaqı ilə assosiasiya sazişi qüvvədə ola-ola İqor Dodon Moldovanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi status alması barədə sənəd imzalayıb.

Partiya lideri prezidenti Moldovanın maraqlarını güdaza verməkdə, seçiciləri aldatmaqda ittiham edib: “İqor Dodon xalqa pensiya və əməkhaqqı vəd edib. İndi isə Hitler, Napoleon və Stalin kimi səlahiyyətlər əldə etmək istəyir”.

Moldovada prezidenti istefaya göndərmək təşəbbüsünü 101 yerlik parlamentin deputatlarının üçdə biri irəli sürə bilər. Dövlət başçısının səlahiyyətlərinin alınması üçün deputatların üçdə ikisinin səsi gərəkdir, bu halda referendum keçirilməlidir.

Rusiyaya yaxınlığı ilə tanınan Sosialist Partiyasının lideri İqor Dodon ötən il noyabrın 13-də Moldova prezidenti seçilib.

Bu il aprelin 3-də Moldova Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq memorandumu imzalayıb. Memorandum Avrasiya İqtisadi İttifaqı ilə Moldova arasında qarışlıqlı əlaqələr qrupunun yaradılmasını nəzərdə tutur. Sənəd Avrasiya İqtisadı İttifaqı ölkələri ilə Moldova arasında qarşılıqlı ticarət və sərmayə əməkdaşlığı həcminin artırılmasına dəstək məqsədi daşıyır.

Aprelin 14-də Moldova Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu alıb.

Parlament respublikası olan Moldova assosiasiya sazişi və azad ticarət müqaviləsi ilə Avropa İttifaqına bağlıdır.

2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

Moldovanın Dnestryanı bölgəsi 1990-cı illərin əvvəllərində ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.

 

Uşaqlar üçün ekoloji laboratoriya: növbəti təlim k...

  • 18 May 2017
  • comments

Valyuta satışı 36,7 faiz azalıb

  • 18 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda