Ermənistanda hökumət dəyişir

53 0

Ermənistan prezidenti Serj Sərkisyan mayın 18-də hökumətin istefasını qəbul edib. Novator.az bildirir ki, istefa yeni parlamentin bu gün fəaliyyətə başlaması ilə bağlıdır.

Yeni hökuməti aprelin 2-də seçilmiş 105 nəfərlik parlamentdə 58 mandatı olan hakim Respublika Partiyası quracaq. Ötən həftə Respublika Partiyası hökumət ortağı Daşnaksütunla yeni koalisiya razılaşması imzalayıb. Daşnaksütun Partiyasının 7 mandatı var.

2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiya ilə Ermənistan mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən parlamentdə mandatların yarıdan çoxuna sahib partiya qurur. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id