Elgiz Qəhrəmanın şikayəti təmin olunmadı

87 0

Mayın 18-də Bakı Apellyasiya Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın işi üzrə prosesi başa çatdırıb. Gənc fəalın şikayəti təmin olunmayıb, 5 il 6 aylıq həbs cəzası qüvvədə qalıb.

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də tutulub. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, narkotik vasitə saxlamada təqsirli bilinib.

Elgiz Qəhrəman özü və NİDA Vətəndaş Hərəkatı ittihamları rədd edir, həbsin siyasi xarakterli olduğunu bildirir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id