Avropa Liqasının bütün qalibləri

77 0

Mayın 24-ü Stokholmda UEFA Avropa Liqasının finalı keçiriləcək. Həlledici oyunda Hollandiyanın “Ayaks” və İngiltərənin “Mançester Yunayted” komandaları üz-üzə gələcək.

Novator.az bildirir ki, 1971-ci ildən keçirilən, 2008-cı ilədək UEFA kuboku adlanmış turniri indiyədək 27 komanda zəfərlə başa vurub. Onlardan biri “Ayaks”dır. Komanda 1 dəfə UEFA kubokuna sahib çıxıb.

İngiltərənin “Çelsi”, “İpsviç”, Almaniyanın “Şalke”, “Bavariya”, “Bayer”, “Ayntraxt” (Frankfurt), Rusiyanın “Zenit“, SSKA, Ukraynanın “Şaxtyor”, İspaniyanın “Valensiya”, Türkiyənin “Qalatasaray”, İtaliyanın “Napoli”, Belçikanın “Anderlext”, Hollandiyanın PSV komandaları da 1 yol uğur əldə ediblər.

Digər qaliblər bunlardır:

“Sevilya” (İspaniya) – 5 dəfə

“İnter” (İtaliya) – 3

“Yuventus” (İtaliya) – 3

“Liverpul” (İngiltərə) – 3

“Atletiko” (İspaniya) – 2

“Portu” (Portuqaliya) – 2

“Parma” (İtaliya) – 2

“Real” (İspaniya) – 2

“Borussiya” (Mönhenqladbah, Almaniya) – 2

“Feyenoord” (Hollandiya) – 2

“Tottenhem” (İngiltərə) – 2

“Höteborq”   (İsveç) – 2.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id