• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rayonlarda çəyirtkələrlə mübarizə gedir

  • 16 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycan hökuməti ölkədə Mərakeş və İtaliya çəyirtkələrinə qarşı müşahidə və mübarizə tədbirləri həyata keçirir.

Novator.az xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayıb. Bildirilir ki, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarında 35 min hektar dövlət ehtiyat fondu torpaqlarında müşahidə işləri aparılıb, 8 min 500 hektar sahədə isə sirayətlənmə aşkar edilib. Hazırda ümumilikdə 7 min 640 hektar dövlət ehtiyat fondu torpaqlarında mübarizə tədbirləri görülür. Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun Şirinqum ərazisindəki dövlət ehtiyat fond torpaqlarında həmin zərərvericilərə qarşı 875 hektar sahədə mübarizə işləri başa çatıb.

Hacıqabul, Şamaxı və Kürdəmir rayonlarında 760 hektar, Tovuz, Qazax, Ağstafa rayonlarında və Ceyrançöl düzündə 3 min 600 hektar sahədə çəyirtkələrin məhvi davam edir. Mübarizə tədbirləri “Pikap” tipli, ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyəti olan “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsilə həyata keçirilir.

Nazirlik bildirir ki, əkin sahələrinin ən başlıca problemlərindən biri çəyirtkələrlə bağlıdır. Bu ziyanvericilər taxıl məhsullarını, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını məhv edir. Onlar sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanır.

Çəyirtkələr sutka ərzində sürü ilə 30 kilometrdən, tək uçduqda isə 250 kilometrdən çox məsafəni qət edə bilir. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilir.

2017-2018 mövsümünün ilkin reqlamenti

  • 16 May 2017
  • comments

Nikah müayinəsinə dair yeni statistika

  • 16 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Xəbər

Bakı: rayonlar üzrə orta maaş

GLOBALS:0
comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

Son materiallar

comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Xəbər

Bakı: rayonlar üzrə orta maaş

GLOBALS:0
comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda