• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmi Bakı Rusiyanın addımına reaksiya verdi

  • 16 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvini şərh edib. O deyib ki, ÜAK-nin dövlət qeydiyyatının Rusiya Ədliyyə Nazirliyinin vəsatəti əsasında ləğvi ciddi təəssüf və təəccüb doğurur: “ÜAK təşkilat Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycan-Rusiya münasibətlərinin şaxələndirilməsində və regionlararası əməkdaşlığın inkişaf etdirilməsində səmərəli rol oynayıb. Konqresin nümayəndələrini Rusiyanın ali rəhbərliyi dəfələrlə təltif edib.

Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada yaşayan digər çoxsaylı etnik və milli azlıqları birləşdirən təşkilat kimi mövcud olub. ÜAK qeyri-hökumət təşkilatı kimi Rusiya qanunları əsasında və bu qanunlara uyğun olaraq yaradılıb. Rusiya Federasiyasında konqreslə yanaşı müxtəlif etnik və milli qrupları birləşdirən qeyri-hökumət təşkilatları, o cümlədən Rusiya Erməniləri İttifaqı fəaliyyət göstərməkdədir.

Konqresə qarşı bu cür ayrı-seçkilik münasibətinin göstərilməsini qeyri-dost addım kimi qiymətləndiririk. Hesab edirik ki, bu cür yanaşma Rusiyada millətlərarası münasibətlərin tarazlığına, ölkədə aparılan islahatların konsepsiyasına, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə xidmət etməməklə bərabər Azərbaycan-Rusiya münasibətlərində müsbət əks-səda doğurmayacaq.

Biz bu addımda Rusiya Federasiyasının vətəndaşları olan insanlara qarşı onların etnik mənsubiyyətinə görə ayrı-seçkilik və qərəzli münasibətlərin təzahürlərini görürük.

Təbii ki, siyasiləşmiş erməni diaspor dairələrinin Rusiyanın daxili və xarici siyasətində bu qədər təsir gücünə malik olduğu qənaətinə gəlsək, bunun, heç şübhəsiz, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin perspektivi baxımından təhdid olduğu bizdə məyusluq doğurur.

Son illərdə Azərbaycan-Rusiya dialoqu və çoxşaxəli əməkdaşlığının dinamik inkişafı və dərinləşməsi şəraitində bu cür anlaşılmaz və gözlənilməz addımın atılması ilə, təbii ki, erməni siyasətinin Rusiya-Azərbaycan münasibətlərinə vura biləcəyi zərbənin nə dərəcədə təhlükəli olduğunu görürük.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində əsas vasitəçilərindən biri kimi Rusiya Federasiyası öz üzərinə mühüm öhdəliklər götürüb. Bu öhdəliklərin vicdanla yerinə yetirilməsi eyni zamanda tələb edir ki, millətlərarası münasibətlərin tənzimlənməsi məsələsində balans qorunub saxlansın və ədalət prinsipi pozulmasın.

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi və Rusiya Erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və Azərbaycan millətindən olan vətəndaşlarına qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə, bu da Rusiya Federasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna mənfi təsir göstərə bilər”.

Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə mayın 15-də Rusiya Ali Məhkəməsi qərar verilib. 2001-ci ildən fəaliyyət göstərən ÜAK-də nəzarət-təftiş tədbirləri zamanı Rusiya qanunvericiliyinin və qurumun nizamnaməsinin pozuntularının aşkarlandığı, nöqsanların aradan qaldırılması tövsiyələrindən nəticə çıxarılmadığı bəyan olunub.

Təmir-tikinti sahəsi 1,3 milyon manata satıldı

  • 16 May 2017
  • comments

Qafqaz Müsəlmanları İdarəsinə yeni səlahiyyət veri...

  • 16 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda