• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalistlərə yeni mənzillərin verilməsi şərtləri açıqlandı

  • 16 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Bakının Bibiheybət qəsəbəsində jurnalistlərə tikilən yeni yaşayış binasında mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb.

“Report”un məlumatına görə, mayın 16-da bununla bağlı keçirilən tədbirdə bildirilib ki, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilər.

Şərtlərə əsasən, televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytlar 3 namizəd müəyyənləşdirə bilərlər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

KİV-lər ümumi iclas çağırmalı, komissiyanın şərtlərinə uyğun namizədlərini müəyyənləşdirməli, komissiyaya təqdimat verməlidir (möhürlü və imzalı).

KİV-lərin təqdimatına namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları) əlavə olunmalıdır.

Təqdimatlarda namizədin mənzil-məişət şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır (jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək).

Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.

Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun komissiyaya fərdi qaydada müraciət edə bilərlər.

Adları Mətbuat Şurasının “qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.

Göstərilən sənədlər may ayının 22-dən iyun ayının 22-dək komissiyaya təqdim olunmalıdır. Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.

Sözügedən komissiya KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası üzvlərindən ibarətdir. Komissiyaya bu qurumların hər birindən 3 nəfər daxil edilib: KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan Vüqar Səfərli, Müşfiq Ələsgərli, Samir Mustafayev, Milli Televiziya və Radio Şurasından Nuşirəvan Məhərrəmli, Nemət Cavadov, Aygün Mehdiyeva, Mətbuat Şurasından Əflatun Amaşov, Vüqar Rəhimzadə, Aydın Quliyev. Komissiyanın sədri Vüqar Səfərlidir.

Bibiheybət qəsəbəsində jurnalistlərə tikilən yeni yaşayış binası bu il iyulun 22-də – Azərbaycan Jurnalistikası Günü istifadəyə veriləcək.

Bina 255 mənzillidir. Prezident İlham Əliyevin sərəncamları ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna tikinti üçün dövlət büdcəsindən üst-üstə 16 milyon manat ayrılıb.

156 mənzilli ilk bina 4 il əvvəl Azərbaycan Jurnalistikası Günü mətbuat işçilərinə təqdim olunub.

Qeyri-neft ixracı nə qədər artıb?

  • 16 May 2017
  • comments

Ekologiya və təbii sərvətlər naziri vətəndaşların ...

  • 16 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda