• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert: “Ermənilər Zakir Həsənovun vertolyotunu vurmaq istəyirmiş”

  • 16 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Azərbaycan ordusu müdafiə naziri general-polkovnik Zakir Həsənova qarşı mümkün terror aktının qarşısını alıb”. “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov belə bir bəyanatla çıxış edib.

Elxan Ələsgərov bildirib: “Ermənistanın Qarabağın işğalı üzrə hərbi doktrinasının iflası fonunda erməni hakimiyyəti öz sevimli terrorçuluq üsuluna əl atıb – gizlindən atəş açmaq. 1990-cı illərin Qarabağ müharibəsinin acı təcrübəsi bunun bariz sübutudur. Şübhəsiz ki, terrorun hədəfi kimi Azərbaycanın hərbi-siyasi komandanlığının nümayəndələri, xüsusilə Azərbaycanın müdafiə naziri də diqqətə alınır. İnternetdə ermənilər tərəfindən yerləşdirilmiş çoxsaylı materiallardan aydın olur ki, Qarabağdakı erməni terrorçuları müdafiə nazirimizin cəbhəyanı bölgəyə səfərlərini diqqətlə izləyir. Bu səfərlər barədə işğal olunmuş ərazilərdən çəkilmiş görüntülər bunu sübut edir.

Həmin videolar altında yazılanlardan o məlum olur ki, müdafiə nazirinin helikopteri çox aşağı məsafədə uçur və onu Ermənistanın S-125 və ya S-75 uzaq hava hücumundan müdafiə sistemləri ilə vurmaq mümkün deyil. Digər tərəfdən, helikopterin uzaqlığına görə terror aktı üçün hədəfi vurma uzaqlığı 3-4 kilometr olan daşınan raket sistemləri, xüsusilə də “İqla” Daşınan Zenit-Raket Kompleksinin istifadəsi mümkün deyil. Helikopter görünmə məsafəsindədir, amma daşınan raket sistemləri üçün əlçatmazdır. Məhz buna görə erməni komandanlığı bölgəyə daha güclü sistem – 10 kilometrədək uzaqlıqda hədəfi vurmaq imkanı olan “OSA” zenit-raket kompleksini yeritməyi qərara alıb.

Qeyd edək ki, mayın 15-i Füzuli-Xocavənd istiqamətində müdafiənin ön cəbhəsində yeni mövqeyə Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi yerləşdirilib. Bu, onu düşünməyə əsas verir ki, məhz terror aktının həyata keçirilməsi məqsədilə geniş hava məkanını nəzarət altına almaq cəhdi edilib. Amma terror cəhdinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb”.

“OSA” zenit-raket kompleksinin vurulması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mayın 15-də yaydığı məlumatda deyilir ki, Ermənistanın Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi mayın 15-i cəbhənin Füzuli-Xocavənd istiqamətində müdafiənin ön xəttində yeni mövqeyə çıxarılıb, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Müdafiə Nazirliyi bildirib ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.

Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni birləşmələrinin komandanlığı da hadisə ilə bağlı açıqlama yayıb. İddia olunur ki, Azərbaycan ermənilərə məxsus hərbi texnikaya mayın 15-i saat 16:30 radələrində “Spayk” idarəolunan raketi ilə zərbə endirib. Hərbi texnikanın zərər gördüyü, insan itkisinin olmadığı bildirilir.

Qafqaz Müsəlmanları İdarəsinə yeni səlahiyyət veri...

  • 16 May 2017
  • comments

Şümşad ağaclarının zərərvericilərə yoluxduğu aşkar...

  • 16 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda