• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Konstitusiya Məhkəməsi parlamentə nə tövsiyə edir?

  • 12 May 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxıb.

Novator.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək apellyasiya şikayəti vermək hüququnun işdə iştiraka cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərə münasibətdə İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinin tələbləri baxımından şərh edilməsini istəyib.

Müraciətdə göstərilib ki, iddiaçılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək alğı-satqı müqaviləsi əsasında əldə etdikləri daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə texniki pasportun və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyiblər. Məhkəmənin 1 may 2012-ci il qərarı ilə iddia təmin edilib.

Həmin qərar qanuni qüvvəyə mindikdən sonra işdə iştirak etməyə cəlb edilməyən Müdafiə Nazirliyi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciətində birinci instansiya məhkəməsinin qərarının ləğvini xahiş edib.

Müdafiə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırıb ki, məhkəmə qərarı əsasında iddiaçıların adına dövlət qeydiyyatına alınan mübahisəli torpaq sahəsində 1950-ci ildən Müdafiə Nazirliyinin hərbi şəhərciyi yerləşir. Həmin torpaq sahəsi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətsiz istifadəyə verilib. Birinci instansiya məhkəməsi işə baxarkən ərazinin kimin istifadəsində olmasını müəyyənləşdirməyib və maraqlarına toxunan Müdafiə Nazirliyini üçüncü şəxs qismində işə cəlb etməyib.

Bakı Apellyasiya Məhkəməsinin fikrincə, inzibati prosessual qanunvericilikdə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ ilə bağlı birbaşa müddəalar mövcud olmadığından Müdafiə Nazirliyinin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasında prosessual çətinliklər yaranıb.

Konstitusiya Məhkəməsinin Plenumu işlə bağlı qərar verib. Qərara əsasən, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsindən və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Milli Məclisə tövsiyə edilir. Məsələ qanunvericilik qaydasında həll edilənədək məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.

Qaldı bir oyun

  • 12 May 2017
  • comments

Yağış, külək, dolu…

  • 12 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda