• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tramp Obamanın kadrını işdən qovdu

  • 10 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ prezidenti Donald Tramp mayın 9-da Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini tutduğu postdan azad edib. Novator.az-ın məlumatına görə, prezident bu addımı baş prokuror (ədliyyə naziri) Ceff Seşnsin məsləhəti ilə atıb.

Ceyms Komi Federal Təhqiqatlar Bürosunun direktoru postuna Barak Obamanın prezidentliyi dövründə, 2013-cü ildə 10 il müddətinə təyin olunmuşdu.

Son vaxtlar Federal Təhqiqatlar Bürosu Donald Trampın komandasının Rusiya ilə əlaqələrini araşdırırdı. Ağ ev bu araşdırmalardan narazı idi.

Ötən il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyası dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin yanvarın 6-da keçirilən iclasında təsdiqlənib. Yanvarın 20-də Donald Tramp and içərək səlahiyyətlərinin icrasına başlayıb.

8 noyabr seçkisindən dərhal sonra rəsmi Vaşinqton Rusiyanı prezident seçkisinə müdaxilədə ittiham edib. Qeyd olunub ki, rusiyalı hakerlər Demokratlar Partiyasının serverini yararaq oradan bəzi yazışmaları ələ keçirib yayıblar, nəticədə demokratların namizədi Hillari Klintonun gözdən salınmasına və seçkini Respublikaçılar Partiyasının namizədi Donald Trampın udmasına nail olublar. Rusiyalı hakerlərin seçki qurumlarının saytlarına da müdaxilə etdiyi vurğulanır.

Ötən il dekabrın 29-da ABŞ Rusiyaya bununla bağlı qarşı yeni sərt qərarlar verib. 35 diplomat ölkədən qovulub, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Rusiya Federal Təhlükəsizlik Xidməti də daxil olmaqla bəzi qurumlara, fiziki şəxslərə, kiber hücumlara maliyyə dəstəyi şirkətlərə sanksiya qoyulub.

Problemli kreditlərdə yüksəliş 

  • 10 May 2017
  • comments

Yeni prezident and içdi

  • 10 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda