• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident ekoloji aksiyada

  • 10 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Mayın 10-da dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıda, Qala-Türkan avtomobil yolunun ətrafında salmağa başladığı yaşıllıq massivində ağac əkiblər. Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində 9 minə yaxın aqrar əhəmiyyətli və digər növ ağacların əkildiyi bildirilir. Aksiya mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilib.

AZƏRTAC-ın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov prezidentə 2008-2017-ci illərdə salınan yaşıllıqlardan danışıb. Bildirilib ki, bu illərdə ölkədə 5 milyon 200 minə yaxın ağac əkilib, sahələr damcılı suvarma sistemi ilə təchiz edilib, zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə daha çox üstünlük verilib. Təkcə bu ilin ötən dövründə ölkədə aqrobağların yaradılması məqsədilə 1 milyondan çox aqrar əhəmiyyətli ağaclar əkilib.

Novator.az bildirir ki, Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib, sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində oxuyub, amma 1941-ci ildə başlanan Almaniya-SSRİ müharibəsinə görə təhsilini yarımçıq kəsib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1965-ci ildən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublika rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

1987-ci ilin oktyabrında vəzifədən gedib.

1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-ci ildə Kommunist Partiyasını tərk edib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib.

2003-cü il dekabrın 12-də vəfat edib.

giya

Mühacirlər Berlində piket keçiriblər

  • 10 May 2017
  • comments

Yeni qənd qablar. Finlandiyada qənddən butulka ist...

  • 10 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda